Site icon Aznews TV

Bu gün İmam Hüseynin şəhadət günüdür

Hicri-qəməri təqvimi ilə 61-ci (miladi təqvimi ilə 680) ilin məhərrəm ayının 10-u Kərbəla döyüşlərinin sonuncu günüdür. Həmin gün Neynəva səhrasında İmam Hüseyn və onun 72 tərəfdarı Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Məhərrəm ayının 10-da şəhid olmuş insanların başları döyüşdən sonra nizələrin üstündə İraqın şəhərlərinə aparılaraq, orada nümayiş edilib. Bu, camaatın ibrət alması və xəlifəyə qarşı qiyamdan çəkinməsi məqsədilə edilib. O gündən etibarən hər il məhərrəm ayı İmam Hüseynə əza ayı kimi qeyd olunur.

Hüseyn ibn Əli hicrətin 4-cü ilinin şaban ayının 3-ü Mədinə şəhərində (Səudiyyə Ərəbistanı) anadan olub. İmam Hüseyn Əli ibn Əbu Talibin və Xanım Fatimənin oğlu, Məhəmməd Peyğəmbərin nəvəsi və 12 imamdan üçüncüsüdür.

#AsuraGunu

Exit mobile version