Araşdırma & TəhlilAzərbaycanCəmiyyət

Bu gün Qanlı Yanvar faciəsinin 30-cu il dönümüdür

Göydən ölüm yağırdı…

Bundan 30 il öncəsini xatırlayanlar belə xatırlayır. Bütün şəhəri yuyan qan, hər yerdə əli yalın tank önünə çıxan və qanına bulanan azadlıq carçıları 20 Yanvar faciəsinin görünən üzləri idi.

Bu günə gələn və bir çox faciələrə şahidlik edən bütün yollar 20 Yanvarda ayaq saxladı.

Nə baş vermişdi 30 il öncə? Rəsmi mənbələrə görə yüzlərlə, həqiqətdə isə bəlkə də minlərlə insanı qanına bələyən, qanına susadan, 50 milyon azərbaycanlını göz yaşına bürüyən bu faciə müstəqillik eşqindənmi doğmuşdu?

1990, 20 Yanvar, yaddaşlarda “Qara Yanvar” yaxud “Qanlı Yanvar” kimi qalan həmin gün…

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qarbaçov və onun güc qüvvələri yanvarın 19-dan 20-ə keçən gecə Bakıya girmək haqqında qərar qəbul etdilər.

Lakin şəhər sakinləri bundan xəbər tutanda artıq atılacaq bütün addımlar üçün hər şey gec idi. Çünki axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladılmış, televiziya yayımı kəsilmişdi. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.

Bundan sonra şəhər sakinləri əl-ələ verib sanki bir zəncir təşkil etdi və ordunun qarşına əli yalın keçməyi gözə aldı…Qırmızı sovet ordusu Bakıya girib xalqın əzmini qırmaq, hələ cücərməkdə olan azadlıq toxumunu çıxarıb atmaq üçün çalışsalar da, qətiyyətli soydaşlarımız bu toxumu böyüdüb, müstəqillik əldə etmək uğrunda ordunun qarşısına əli yalın çıxmağı, bu yolda canlarını fəda etməyi belə gözə almışdılar.
Aylara, həftələrə, günlərə bölünən 30 il şahidlərin, eləcə də bu faciəni duyanların ürəyində dünən kimi xatırlanır. 30 il əvvəlin yaddaşlara həkk olunmuş faciəsi tək Azərbaycanın olmadı. Bu faciəyə canı yanan hər kəs yiyə durdu. Elə Azərbaycanın güneyi, mədəni muxtariyyətdən məhrum olan, bağrında ana dili həsrətini daşıyan soydaşlarımız da. Onlar qanlı yanvarı öz faciəsi adlandırdı, bu gün haqda övladlarını bilgiləndirdi, tarixini anlatdı. 20 Yanvar yarası güney, quzey kimi bölünmədi. Bu faciə bütöv oldu. Bəlkə də bu bütövlüyə görə bir çayla ayrılan millət eyni dəyərləri, eyni əzmi, eyni hissləri anlaşaraq bölüşə bilirlər.

Baş verən hər aksiya, rejim əleyhinə qalxan, haqqını tələb edən hər bir türk 20 Yanvar şəhidlərinin kimi qanla, kimi də mənən varisləridir.

Related Articles

Bir cavab yazın

Back to top button