Dünyaİran

İranın Həmas hücumlarında rolu ilə bağlı xəbərlərə İsrail ordusunun reaksiyası

Bazar ertəsi, oktyabrın 9-da İsrail ordusunun sözçüsü Wall Street Journal-ın Həmas-ın İsrailə hücumunun planlaşdırılmasında İranın rolu ilə bağlı xəbərinə reaksiya verib və deyib:

“Bu əməliyyatın planlaşdırılmasında İranın məsul olub-olmadığını dəqiq deyə bilmərik”

Amerikanın Wall Street Journal qəzeti bazar günü eksklüziv hesabatında yazıb ki, Həmas və Livandakı Hizbullahın yüksək rütbəli üzvlərinə görə, İslam Respublikasının təhlükəsizlik rəsmiləri Həmas-ın İsrailə qəfil hücumunu planlaşdırmağa kömək ediblər.

Bu hesabata görə, İnqilab Keşikçiləri zabitləri avqust ayından Həmas ilə hava, quru və dəniz hücumlarını planlaşdırmaq üçün işləyirdilər.

Ordu sözçüsü bu hesabatı qəti şəkildə şərh etməkdən imtina edib, lakin İran İslam Respublikasını İsraildə son üç gündə baş verən hadisələrdə “əsas aktor” hesab edib.

Eyni zamanda, ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Fayner Wall Street Journal-ın son hesabatına cavab olaraq deyib: “Bizim bu hesabatı təsdiqləmək üçün birbaşa məlumatımız yoxdur. Biz bunu təbii ki, gördük, araşdırırıq. Amma hazırda bunu təsdiqləyə bilmirik”.

O dedi: “Tamamilə aydın ola bildiyimiz odur ki, İran onilliklər ərzində Həmas-ı maliyyələşdirdiyi, öyrətdiyi və silahlandırdığı üçün bu hücumlarda daha geniş şərikdir”.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də Həmas-ın İsrailə hücumlarında İranın rolunu rədd edərək deyib: “Fələstin müqavimət qrupları” bu hücumu öz güclərinə arxalanaraq həyata keçiriblər.

Son üç gündə Həmas-ın İsrailə hücumları nəticəsində azı 800 israilli ölüb, 2382 nəfər yaralanıb. İsrailin Qəzza zolağına hücumları nəticəsində indiyədək 493 nəfər həyatını itirib, 2750 nəfər isə yaralanıb.
#iran_xəbərləri #israil

Related Articles

Bir cavab yazın

Back to top button