İran Səhiyyə Nazirliyinin Məlumat Mərkəzinin müdiri Məhəmməd Haşemi omikron ştammının ölkənin ən azı 12 əyalətinə yayıldığı barədə məlumat verib.
“Aznews tv” xəbər verir ki, onun sözlərinə görə, indiyədək Tehran, Xorasan-e Rəzəvi, Hormozqan, Mazandaran, İsfahan, Qərbi Azərbaycan, “Mərkəzi”, Əlborz, Fars, Buşehr, Qum və Yəzd vilayətlərində 43 nəfərin omikron ştammına yoluxduğu öz təsdiqini tapıb.