Site icon Aznews TV

“Bu, iyrənc tədbirlərdir”-Ağ Ev İranda həbs olunan etirazçılara qarşı cinsi təcavüzü pisləyib

Prays nümayişçilərə, o cümlədən İslam Respublikası hökumət qüvvələrinin nəzarətində olan uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib və cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi iyrənc tədbirlər adlandırıb.

Noyabrın 21-də, şahidlərin və məlumatlı tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında CNN xəbər kanalı İslam Respublikası məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün zorakılıq faktlarını lentə aldıqlarını bildirib.

Dövlət Departamentinin sözçüsü bəyan edib ki, Amerika birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.

Exit mobile version