İdmanİran

Bu kədərli günlərdə qələbə şənliyinə belə hövsələmiz yoxdur… – Səid Məruf

Bizim bir-birimizdən başqa barınacaq və sığınacağ kimsəmiz yoxdur.

Bu sözləri İran Milli Voleybol Komandasının üzvü Səid Məruf İnistagramda hesabında yazıb.

“Bu gün illərdir arzuladığımız qələbənin şənliyi üçün ümidsiz və kədərli bir vəziyyətdəyik. Ümidsizliyimiz və kədərimiz yalnız vətəndaşlarımızın matəmləri ilə ilgili deyil, həm də ışığa getməyən bir sabaha görədir. Kaş ki, bu aldatma və axmaqlıq nümayişinin ən son pərdəsi olsaydı. Nəhayət, vətənimin tarixinin ən qaranlıq gecələrində bütün etnikləri, fərqli diləri ilə bütün ölkəm insanlarını bir-birlərini sevməyə və dəstək olmağa dəvət edirəm. Biz bir-birimizdən başqa barınacaq və sığınacağımız yoxdur” – yazdı.

S.Məruf Tehran-Kiyev sərnişin təyyarəsinin düşürülməsi və milli komandanın Olimpiadaya getməsini hədəfləyən hadisələrdən sonra bu yazını yayımlayıb. O, son günlərdə vətəndaşlarla dərd ortağı olmağa və son olaylarında etirazlı olmağa çalışan şəxsiyyətlərdən biridir.

Qeyd edək ki, İran Milli Voleybol Komandası yanvarın 12-i keçən ildəki kimi Olimpiya Oyunlarının səhmiyəsini qazanıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close