BölgəDünya

Bu ölkə də ABŞ ordusunu ərazisindən çıxarır

Filippin Xarici İşlər Nazirliyi ABŞ-ı xarici hərbi qüvvələr barədə müqaviləyə xitam verilməsi barədə məlumatlandırıb.

Bunu Filippin Xarici İşlər nazirinin müavini Dodo Dulay öz Tvitter səhifəsində paylaşıb. O, müqavilənin dayandırılması barədə məlumatın ABŞ-ın Filippindəki səfirliyinə veriləcəyini vurğulayıb.

“Manila Bulletin” qəzeti razılaşmanın tam olaraq 180 gün sonra bitəcəyini yazıb.

Qeyd edək ki, xarici hərbi qüvvələrin statusu haqqında müqavilə 1998-ci ildə imzalanıb. Bu müqavilə ABŞ hərbçilərinin Filippində yerləşmə qaydasını, eləcə də ölkədə birgə təlimlərin keçirilməsinin hüquqi əsasını müəyyən edir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close