DünyaSağlıq & Yaşam

Bu ölkələr koronavirusun yeni hallarının olduğunu açıqladı

Fələstin, Oman, Livan, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səhiyyə orqanları, yeni koronavirusun yeni hallarının olduğunu açıqlayıb.

Fələstin Səhiyyə naziri Mai əl-Kaila, Qərb Şəriyədə Ramallah və Hebron şəhərlərində ümumi infeksiyaların sayının 52-ə yüksəldiyini açıqlayıb.

İlk hadisələr Qəzza zolağından keçən və Pakistandan qayıdan iki sərnişinin COVID-19 diaqnozu qoyulması ilə başlayıb.

Omanda rəsmiləri Körfəz əyalətində yoluxanların sayını 52-ə çatdıran dörd yeni infeksiyanın olduğunu bildirib.

Nazirlikdən verilən açıqlamada, 13 adamın virusdan sağaldığı bildirilib.

Livan, 19 yeni infeksiyanın qeydə alınmasından sonra ümumi koronavirus hadisələrinin 206-ya yüksəldiyini açıqlayıb.

Küveyt Səhiyyə Nazirliyi, virusdan ümumi infeksiyanı 176-ya çatdıran 17 yeni yoluxmanın olduğunu açıqlayıb.

Abu-Dabidə BƏƏ-nin sözçüsü Fəridə Əl-Hosani daha 13 nəfərdə koronavirus aşkarlandığını və yoluxanların ümumi sayının 153-ə çatdığını bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close