Dünya

Ərdoğan: “Ermənistanın işğalı sona çatıb”

“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, – deyə dövlət başçısı vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə apardığı telefon danışığı barədə də söz açıb.
“Dünən axşam Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, Putinlə apardığımız bu danışıqla birgə, özəlliklə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə barışın bərqərar olmasının addımlarını atırıq. Bunu daha da genişləndirmək, inkişaf etdirmək şansımız var. Bu genişləndirmə və gəlişdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”, – deyə Türkiyə başçısı diqqətə çatdırıb.
Ölkə prezidenti Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinə də toxunub. O, ermənilərin həmin ərazidən boşaldılmasını tarixi ədalətin bərqərar olması kimi qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button