Dünya

Bu ölkələr BMT-nin koronavirusla bağlı qətnaməsini dəstəkləmədi

BMT Baş Assambleyasındakı bir sıra ölkələr yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə Rusiya tərəfinin həmrəyliyə dair təklif etdiyi qətnamə mətnini dəstəkləməyib.

Aznews.tv xəbər verir ki, bu haqda məlumat Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin saytında yer alıb.

Qətnamənin rus dilindəki versiyasında ticarət müharibələrinin və birtərəfli sanksiyaların rədd edilməsi, zəruri mallarla maliyyə spekulyasiyasının qarşısının alınması, ən çox təsirlənmiş dövlətlərə yardım edilməsi və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mübarizənin koordinatoru kimi tanınması nəzərdə tutulurdu.

Qətnamənin bu variantının qəbuluna diplomatik nümayəndəlikdə göstərilən Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Amerika və Avropa Birliyi ölkələri mane olub.

Bundan əvvəl BMT Baş Assambleyası yeni tip koronavirus pandemiyası ilə mübarizədə ölkələrin həmrəyliyi barədə qətnamə qəbul edib. Lakin sözügedən sənədin mətnində sanksiyaların yüngülləşdirilməsi və hərbi münaqişələrin dayandırılması barədə müddəalar yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button