BölgəDünyaİranSiyasət

ABŞ Suriya vasitəsi ilə Türkiyəni Rusiyadan qopara bilər

Müstəqil analitik Nikolas Morqan “The National İnterest” dərgisində çıxan məqaləsində Vaşinqtonun Ankarının etimadını geri qaytarmaq üçün şansının yarandığını qeyd edib.

Aznews.tv xəbər verir ki, Morqan Suriyanın hökümət ordularının İdlibə irəliləməsi Rusiya-Türkiyə münasibətlərində “çat” yaratdığını yazır.

“Rəsmi Vaşinqton üçün şans yaranıb, çünki Rusiya və Türkiyə arasında münasibətlərin yaxınlaşması ABŞ ciddi narahat edirdi. Hal-hazırda isə onların münasibətlərində “çat” yaranıb, lakin ABŞ bu fürsətdən istifadə etmək üçün tam qətiyyətli olmalıdır”, – deyə mütəxəssis qeyd edir.

O, etiraf edir ki, ABŞ administrasiyası Suriyadakı siyasəti ilə bağlı “ziddiyətli siqnallar” ötürür.

“Prezident Tramp İŞİD-in darmadğın edilməsindən sonra ABŞ-ın öz hərbi öhdəliklərini dayandırlmasının tərəfdarı olmasına baxmayaraq, Vaşinqtonun digər rəsmiləri, İranla mübarizə aparmaq üçün, Suriyada qalmaq istəyirlər.

Suriya ABŞ və Türkiyə arasında soyuqluq yaranmasının əsas səbəblərindən birinə çevrilib. Bu isə Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasına gətirdi və iki müttəfiqi az qala üz-üzə qoydu. İndi isə döyüşlərin intensivləşdiyi zamanda ABŞ və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına zəmin yaranıb.

Bu bütün gərginlikləri aradan qaldırmasa belə, çətin vəziyyətə Türkiyəyə yardım göstərilməsi Suriyada yəni təsir əldə etmək üçün tövhə verə bilər və Türkiyəni Rusiyadan qopara bilər”, – deyə Morqan vurğulayır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button