Azərbaycan

Hikmət Hacıyevdən Ermənistana xəbərdarlıq

Ermənistan silahlı qüvvələri ağır topxana və başqa iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini topxanadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər vəfat edib. 51 nəfər yaralanıb. “Dövlət və özəl mülkiyyətə zərər dəymişdir. Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə yerli insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. nizami əməliyyatlar şəraitində yerli insanların hədəfə alınması və ya qəsdən öldürülməsi nizami cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır. Ölkəmizə qarşı növbəti təcavüz hərəkəti kimi bu gün Ermənistanın Gorus şəheristanı məntəqəsindən Azərbaycan ərazisi raket atəşinə məruz qalmışdır. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum hərəkətidir. Birinci hücum Ermənistanın Vardenis şəhristanı ərazisindən həyata keçirilmişdir. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəymişdir. Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim nizami hədəflərə qarşı uyğun tədbirlər görüləcəkdir”,-deyə Hikmət Hacıyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button