Dünyaİran

ABŞ: İranın ballistik raket proqramı qlobal təhlükəsizliyə təhdiddir

ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Nur 3 peykinin orbitə buraxılması ilə bağlı hərəkətindən narahatlığını ifadə edib.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller bildirib.

“İranın peyk buraxılış proqramı daha uzun mənzilli raket sistemlərinin inkişafı üçün zəmin yaradır. İranın raket proqramı qlobal təhlükəsizliyə təhdiddir və ABŞ bununla müxtəlif vasitələrlə məşğul olur”,- sözçü qeyd edib.

Qeyd edək ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı “Qasid” peykinin “uğurla” buraxıldığını və “Nur 3” peykinin 450 km orbitə yerləşdirildiyini iddia edib.

Qərb institutları hələ “Nur 3” peykinin uğurlu buraxılmasını təsdiqləməyib, lakin son bir neçə ildə İran bir neçə uğurlu və uğursuz peyk buraxılışı həyata keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button