Site icon Aznews TV

Bundan sonra Su-25-lərimiz daha dəqiq vuracaq

Modern.az xəbər verir ki,  bu barədə Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış “SavunmaSanayiST” saytı məlumat yayıb.

Bildirilib ki, sursatın quraşdırıldığı döyüş təyyarəsi Türkiyənin “Konya” şəhərində keçirilən “Anadolu Qartalı” hərbi təlimlərində görünüb.

Bu sursatlar sayəsində Azərbaycan Ordusunun Su-25 qırıcıları daha uzaq məsafədəki hədəfləri dəqiqliklə məhv edə biləcək.

Qeyd edək ki, KGK adlı sursat bundan əvvəl Türkiyə Ordusunun F-16 döyüş təyyarələrində, “Akıncı”, “Aksungur” pilotsuz uçuş aparatlarında quraşdırılaraq sınaqdan keçirilib.

Exit mobile version