Cəmiyyətİran

Buşehr prokurorunun evində cəsəd tapıldı

Buşehr prokurorunun evində cəsəd tapılıb.

Bu barədə Buşehr əyalətinin məhkəməsinin ümumi əlaqələr şöbəsindən açıqlama verilib.

“Buşehir prokuroru Əli Həsənpurun 21 yaşındaki oğlunun cəsədi fevralın 11-i axşam saat 20:00-da Buşehrdəki evinin otaqlarından birində tapılıb. Alınan məlumatına görə, cəsədin yanında bir də ov tüfəngi tapılıb. Bu mövzu qanuni yollarla Buşehr əyalətinin məhkəmə və cinayət polisi tərəfindən araşdırılır. Araşdırmaların nəticəsi isə əhaliyə bildiriləcək”, – məlumatda bildirilib.

Açıqlamada Buşehr əhalisinə başsağlığı verilib, eyni zamanda onlara təşəkkür edilib. Habelə, hər hansı bir rəsmi açıqlamadan əvvəl mərhum ailəsini incitməmək üçün şayiə və yalan materialların yayılmamasında diqqətli olmağa çağırıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close