Cəmiyyətİqtisadiyyatİran

“Cənubi Pars” yatağının işçiləri aksiya keçirdi

“Cənubi Pars” yatağının 14-cü blokunun işçiləri məvaciblərinin ödənilməməi əbəbi ilə etiraz aksiyası keçiriblər.

İLNA agentliyinin məlumatına görə, işçilər aksiya keçirməklə gecikdirilmiş məvaciblərinin ödənilməsini və işçilərin ağır iqtisadi duruma diqqət yetirilməsini tələb ediblər.

“Dörd aydır ki, maaşlarımız verilmir. Yaşayışımız çətinləşib; dəfələrlə karfərmaya müraciət etsək də, cavab ala bilməmişik. Buna görə aksiya keçirmək məcburiyyətində qaldıq”.

Kənqan bölgəsinin başçı müavini Qulamhüseyn Ziba işçilərin aksiya keçirmələrini təsdiqləyərək, gələn həftə iki aylıq maaşlarının ödəniləcəyini bildirib.

Qeyd edək ki, Q.Ziba ötən şənbə günü İran Sənaye Qanunları Müdiriyəti Şirkətinin 30 işçisinin də 4 aylıq maaşlarını almadıqlarını bildirib. İşçilər buna etiraz olaraq şənbə günü “Cənubi Pars” yatağının 14-cü blokunun girişini bağlamışdılar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close