İqtisadiyyatİran

Cənubi Koreya sanksiyalara görə İrana borcunu ödəyə bilmir

Cənubi Koreya ABŞ-ın bank sanksiyaları səbəbi ilə İrandan aldığı 7 trilyon won (6 milyard dollar) borcunu ödəyə bilmir.

Blumberqin Cənubi Koreyadakı Chosun Ilbo qəzetində yayımlanan məlumata görə, İran Xarici İşlər Nazirliyi Cənubi Koreyanın Tehrandakı səfiri Ryu Jeong-Hyunu nazirliyə çağıraraq Seul hökumətinin ABŞ sanksiyalarına münasibətinə etirazını bildirib.

İran Cənubi Koreya səfirindən bu ölkənin İrandan aldığı 7 trilyon won neft pulunu tələb edib. Hansı ki, bu məbləğ ABŞ-ın İranın mərkəzi bankına etdiyi sanksiyalara görə Cənubi Koreyanın banklarında saxlanılır.

Seul hökuməti İrana heyət göndərərək mövzu ilə bağlı ABŞ-la müzakirələr apardığını bildirib.

Qeyd edək ki, ABŞ 7 avqust 2018-dən etibarən İranın bank və maliyyə sisteminə qarşı sanksiyalara başlayıb. Ardınca İranın Mərkəzi Bankının da sanksiyalara mıruz qalması İranı beynəlxalq ticarətdə ciddi problemlərlə üz-üzə qoyub. Cənubi Koreya ABŞ-ın neft sanksiyalarına görə may ayında İrandan nəft alışını dayandırmışdı. ABŞ-ın 2018-ci il sanksiyalarından öncə Cənubi Koreya İrandan gündə 200 min barel nəft alırdı.

Related Articles

Bir cavab yazın

Back to top button