Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Casusluqda günahlandırılan üç iranlı məhkəməyə çıxarılıb

Britaniyada casusluq və İranın kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilən üç iranlı iyunun 6-da məhkəməyə çıxarılıb.

Üç iranlı İranın kəşfiyyat xidmətinə kömək edə biləcək fəaliyyətlərdə iştirakda ittiham olunur və onların ittihamları 2024-cü il avqustun 15-dən yanvar 18-dək olan dövrə aiddir.

Qeyd edək ki, Mayın 4-də Londonda 39 yaşlı Mustafa Sepəhvənd, 44 yaşlı Fərhad Cəvadiməneş və 55 yaşlı Şapur Qəleəlixani Nuri həbs edilmişdilər.

Bundan əvvəl prokurorlar müttəhimlərin mayın 17-də Vestminster Sülh Məhkəməsində baş tutan ilk mühakiməsində bildirmişdilər ki, müttəhimlər İran hökumətinə müxalif olan jurnalistləri hədəf almaqda rejimə casusluq edir.

Bildirilib ki, üç müttəhim 2016-2022-ci illər arasında yük maşınının arxasında gizlənmək və kiçik qayıqlardan istifadə etmək kimi qeyri-qanuni üsullarla Britaniya ərazisinə daxil olublar.

Related Articles

Bir cavab yazın

Back to top button