Site icon Aznews TV

Ceyhun Bayramov Britaniyada bir sıra görüşlər keçirib

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, görüşdə Lord Evans, Lord Vaferli, Baroness Uddin, Lord Hussain, Bob Bləkmən və David Duguid iştirak ediblər.

Tərəflər parlamentlərarası əməkdaşlığın və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar.

Görüşlər zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında enerji sahəsində davamlı tərəfdaşlıq və alternativ enerji də daxil olmaqla, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, eləcə də “orta dəhliz” və nəqliyyat-tranzit sahəsində artan rolu diqqətə çatdırılıb.

Nazir müqabil tərəfləri post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə aparılan danışıqların cari vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə başlanılması və buna başlıca əngəl olaraq ərazidə mövcud olan mina problemi barədə məlumatlandırıb.

APA-nın xəbərinə görə, tərəflər həmçinin Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.

Exit mobile version