
“Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyonu və Türkiyənin Birgə nəzarət Mərkəzi yaradılacaqdır”.
Bunu Avropada əmniyət və Əməkdaşlıq Təşkilatının vəzirlər Şurasının 27-ci toplantısında Azərbaycan cümhurisinin Xarici İşlər vəziri Ceyhun Bayramov çıxışı zamanı bildirib.
Vəzir bu razılaşmanı gerçəkliyə çevirmək üçün verdikləri töhfələrə görə Rusiya və Türkiyəyə təşəkkür edib: “Bu qonşu dövlətlər Güney Qafqaz bölgədə çoxdan gözlənilən barış və sabitliyi təmin edəcək razılaşmanın zamini kimi önəmli rol oynayırlar”, – deyə Ceyhun Bayramov bildirib.