DünyaİranSiyasət

“Chieftain” tankları üzrə məhkəmə işi: İranın Londona qarşı apellyasiya şikayəti təmin edilmədi

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, London məhkəməsi İranın “Chieftain” tanklarının alışı ilə bağlı müqavilə üzrə təxminən 20 milyon funt sterlinq dəyərində mənfəət haqqı tələbini rədd edib. Bazar ertəsi İranın Londondakı səfiri isə Britaniya rəsmilərini İrana olan borcun ödənilməsini “gecikdirməyə” cəhddə ittiham edib.

The Guardian qəzetinin yazdığına görə, Londonun Ali Məhkəməsi bu ilin avqustunda sözügedən tankların alınması ilə bağlı müqavilənin dəyərinə görə faiz ödənilməsinin zəruri olmaması ilə əlaqədar ilkin instansiya məhkəməsinin qərarına İranın etirazını rədd edib.

Londonun Tehrana olan borcu ilə bağlı məsələ təxminən 40 il əvvələ gedib çıxır, belə ki, İranın o vaxtkı hökuməti 1750 ədəd tankın alınması üçün Britaniyaya 600 milyon funt sterlinq ödəyib.

Britaniya 1979-cu ilə qədər İrana 185 ədəd tank təhvil verib, lakin inqilabdan sonra İrana silah satmaqdan imtina edib.

“The Guardian”ın yazdığına görə, hazırda məhkəmə Britaniyanın bir dövlət şirkətinə məxsus 500 milyon funt sterlinq üzərində sərəncam hüququna malikdir, lakin sanksiyalar səbəbindən həmin vəsaiti İrana köçürmək çətinləşib.

Məlumata əsasən, Britaniya ilə İran arasında son ödənişlə bağlı fikir ayrılığı var və İngiltərənin Ali Məhkəməsi bazar ertəsi günü növbəti məhkəmə iclasının gələn ilin martında keçiriləcəyi ilə bağlı qərar verib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button