Site icon Aznews TV

Çin əməkdaşlıq mövzusunda İranın təklifini cavablandırmayıb

Çin stratejik əməkdaşlıq mövzusunda İranın təklifini cavablandırmayıb. Bu barədə İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif məlumat verib.
“Çin Birləşmiş Millətlər Təşkilatının Əmniyyət Şurasının qətnamələrindən çəkinərək, bizim stratejik ilgilər qurmaq barədə istəyimizə cavab verməyib”, – deyə vəzir dilə gətirib. İran rəsmisi “BƏRCAM” atom anlaşmasının Çin və Rusiya ilə olan münasibətlərin normallaşdırılmasına yönəldiyini vurğulayıb. Buna rəğmən, Məhəmməd Cavad Zərif bildirib ki, Rusiya “BƏRCAM” anlaşmasından öncə də Qasım Süleymaninin bu ölkəyə səfərinə icazə verməyib. Xarici İşlər vəzirinin fikrincə, İranın Çin ilə münasibətlərinin yaxşılaşdırılması Avropa ilə olan ilgilərdən asılıdır.

Exit mobile version