Bölgəİqtisadiyyatİran

Çin “Cənubi Pars” qaz yatağının işlənməsində iştirakdan çəkilib

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, İranın neft naziri Bijən Zəngənə Çin Milli Neft Korporasiyasının (CNPC) Cənubi Pars qaz yatağının 11-ci fazasının işlənilməsi layihəsindən çəkildiyini bildirib.

Sözügedən fazanın Petropars şirkəti tərəfindən tək başına işlənilməsi nəzərdə tutulur.

Hal-hazırda “Petropars”-ın bütün səhmləri İran Milli Neft Şirkətinin törəmə şirkətlərindən olan İran Neft Kommersiya Şirkətinə (NICO) məxsusdur.

Zəngənə bu haqda jurnalistlərə açıqlamasında deyib: “Həmin faza ilə bağlı qərar qəbul edilib və Petropars təkbaşına sözügedən fazanın işlənilməsini davam etdirəcək, bu ilin sonunadək gündəlük hasilatı 500 milyon kub fut olan platformanı yerləşdirmək məqsədilə bu fazanın ilk cəketi quraşdırılacaq”.

O, layihənin ilk gündən bəri niyə “Petropars” şirkətinə həvalə edilməməsi ilə bağlı suala cavabında deyib: “Biz bu fazanın işlənilməsi ilə bağlı xarici investisiya cəlb etmək niyyətində idik, eyni zamanda təzyiq artıran platformanın da bizim üçün əhəmiyyətli idi və “Petropars”ın da bu şirkətlərlə yanaşı işləri mənimsəməsi nəzərdə tutmuşduq”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close