Site icon Aznews TV

Çin ötən həftə İrandan 2 milyon barel neft idxal edib

“Fortexa” şirkəti və Nüvəli İrana qarşı İttifaq Qrupu bildirib ki, 260 min tonluq neft yükü İran Milli Neft Şirkətinə məxsus “Dorena” tankeri ilə daşınıb.

“Fortexa” şirkətinin təhlilçilərindən biri “Reuters”ə açıqlamasında deyib ki, İrandan yeni gələn neft Çin hökumətinin ehtiyatlarını saxlamaq üçün istifadə olunacaq.

Qeyd edək ki, Çin Amerikanın sanksiyalarına baxmayaraq, İran neftinin ən böyük alıcılarından biridir. Lakin Ukraynada müharibənin başlaması və Moskvanın neft satışında güzəştlər təklif etməsi ilə Rusiya bu ay Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsünə çevrilib.

Rusiyanın İranla müqayisədə daha endirimli qiymətlərlə neft satması Çinin İrandan neft alışını da önəmli dərəcədə zəiflədib.

Exit mobile version