Dünya

Çin Tayvanın müstəqil ölkə olduğunu qəbul etməlidir – Tsai

Tayvanlı öz taleyini və gələcəyini seçməlidir.

Bu sözləri Tayvanın rəhbəri Tsai İng-Ven “Fransa 24” kanalına danışığında deyib.

“Artıq biz illərdir ki, müstəqilliyimizi əldə etmişik və bu gerçəyi Çin rəsmiləri qəbul etməlidirlər. 23 milyon tayvanlı Öz müqəddəratını seçib. Tayvan güclü iqtisadiyyatı olan uğurlu, demokratik ölkədir. Seçki qələbəsindən sonra Çin Tayvanın artıq müstəqil bir dövlət olduğunu qəbul etməli və demokratik adanın Pekin tərəfindən hörmət edilməlidir. Müstəqillik elan etməyimizə ehtiyac yoxdur”.

Tayvanın son prezident seçkilərində qalib gələn və daha dörd il də vəzifədə olan Tsai İng-Ven hər hansı bir hərbi hərəkət və hücumun Çinə baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib.

Cənubi Çinin Hong Kong qəzeti, bu cür açıqlamaların Tayvanı öz ərazisinin bir hissəsi olaraq qəbul etdiyi Çinin qəzəbinə səbəb ola biləcəyini söyləyib.

Qeyd edək ki, 11 yanvar seçkilərində Tayvan lideri 8 milyon 170 min səs ilə  xalq səslərinin əldə 57 faizindən çoxunu qazanıb. Çin rəsmiləri Tayvanın müstəqilliyinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Onlar iddia edirlər ki, Tayvanın gələcəyi üçün Çin və Tayvan xalqı qərar verməlidir. Hansı ki, Tayvan xalqının taleyi haqda Çin milləti qərar verməməlidir. Çin İşləri Bürosunun sözçüsü Ma Şiao Quanq, ölkənin hər hansı bir separatçı fəaliyyətlə məşğul olacağını və bir Çin prinsipinin nəzərə alınmamasına icazə verməyəcəyini bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close