Cəmiyyətİran

Çin vətəndaşları üçün İran vizası birtərəfli qaydada ləğv edilib

Aznews.tv “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Həsən Ruhani hökümətinin rəsmilərindən biri Nazirlər Kabinetinin Çin vətəndaşları üçün İran vizasının birtərəfli ləğvinə razılıq verdiyini bildirib.

Mədəniyyət İrsi Təşkilatının turizm üzrə direktor müavini Vəli Teymuri bu qanun layihəsinin hökumət tərəfindən təsdiqləndiyini və həyata keçirilməsi üçün qanuni prosedurları keçməsinin vacib olduğunu bildirib.

Çin vətəndaşları üçün viza rejiminin ləğv edilməsi birtərəfli qaydada həyata keçirilib və iran vətəndaşları bu ölkəyə səyahət etmək üçün hələ də viza almalıdır.

İranla Çin arasında viza rejiminin ləğvi məsələsi 2016-c ildən gündəmdədir.

İran daha əvvəl bəzi ölkələr, o cümlədən Azərbaycan üçün viza rejmini ləğv edib.

İran pasportu sahibləri viza almadan və ya giriş məntəqələrində viza alaraq 30-dan çox ölkəyə səfər edə bilərlər.

Beynəlxalq pasportlar üzrə etibarlılıq indeksinin son siyahısına əsasən, İran bu sahədə 96-cı yerdədir.

“Ettelaat” qəzetinin 4 may 1978-ci il tarixli, yəni İslam İnqilabından yalnız 9 ay əvvəl yazdığına görə, İran vətəndaşları Şərqi Avropa, İsveçrə və Avstriya istisna olmaqla, Avropaya vizasız səfər edə bilirdi.

 

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button