Dünya

Çində koronavirusa yoluxanların sayı artdı

Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, ölən yoxdur.

Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxanlardan 2-si xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir.

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 303 yoluxma halı qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button