Site icon Aznews TV

Çində qasırğa 5 nəfərin ölümünə səbəb olub, 33 yaralı var

ANT-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin 27-də yerli vaxtla saat 15.00-da qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20,6 metrə çatıb.

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xilasedicilər və həkim briqadaları cəlb olunub. Dünən yerli vaxtla saat 22.00-da axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Exit mobile version