
Aznews.tv “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi “Casco” şirkətinə məxsus bir sıra neft tankerlərini İrana qarşı sanksiyaları pozduğu üçün sanksiyalar siyahısına salıb.
“Reuters”in oktyabrın 9-da yazdığı məlumata görə, tankerlər hərəkət istiqamətinin bilinməməsi üçün radarlarını və elektron naviqasiyalarını söndürüb.
Təhlükəsizlik mənbələri bu tankerlərin İran xam neftinin qanunsuz daşınması üçün istifadə edildiyini təxmin edib. Naviqasiya sistemlərinin söndürülməsi İran İslam Respublikasının neft tankerlərinin hərəkəti zamanı istifadə etdiyi üsullardan biridir. “Casco” şirkəti İranla əməkdaşlıq edir.
Bundan əvvəl, ABŞ Maliyyə Nazirliyi, sentyabrın 25-də Çinin beş vətəndaşına və altı qurumuna, o cümlədən “Casco” gəmiçiliyinin iki törəmə şirkətinə ABŞ-ın İran rejiminə qarşı sanksiyalarını pozduğuna görə sanksiya tətbiq edib.
Aznews.tv