Azərbaycan

Qüdsi Osmanov “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” sərlövhəli məqalə dərc edib

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” sərlövhəli məqalə dərc edib. Müəllifin yazısı ölkənin nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentlikləri tərəfindən yayımlanıb. Səfir yazıda Qarabağ və ona bitişik 7 rayonun əzəli Azərbaycan torpaqları olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycan Ordusunun 44 gün ərzində tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini qeyd edilib. Bildirilib ki, erməni təcavüzkarlığı nəticəsində dağıdılmış yerlərin artıq fəal şəkildə bərpası üçün müvafiq addımlar atılır.
Səfir məqalədə dövlət başçımızın çıxışını xatırladaraq Azərbaycanın işğaldan azad edilən torpaqlarında genişmiqyaslı quruculuq işlərinin aparılacağını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button