Site icon Aznews TV

Çinin müdaifə nazirinin İrana müəmmalı səfəri

“Aznews tv”xəbər verir ki, İran mediasına görə, görüşlər zamanı ikitərəfli münasibətlər və beynəlxaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin xəbərlərdə, habelə qeyd edilir ki, Vey Fenxenin keçirdiyi görüşlərdə iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin inkişaf etdirilməsi yolları və iki tərəfi maraqlandıran məsələlər ətrafında da müzakirələr aparılacaq.

Lakin bu mövzuların nədən ibarət olduğu barədə məlumat verilməyib. Buna görə də Çinin müdafiə nazirinin Tehrana səfərinin İranı Çindən silah alışına təşviq etmək, eləcə də təhlükəsizlik və müdafiə sahələrində münasibətləri genişləndirmək məqsədi güddüyünü düşünmək olar.

Qeyd etmək lazımdır ki, rəsmi Tehranla Pekinin ötən ilin mart ayında imzaladığı 25 illik əməkdaşlıq müqaviləsi İran cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. İran vətəndaşları bunu ölkənin Çinin müstəmləkəsinə çevrilməsi üçün imzalanmış anlaşma adlandırırlar.

Exit mobile version