Dünyaİqtisadiyyat

Çinin neftə olan tələbatı 20 faiz azalıb

Koronavirusu Çində yayıldıqca bu ölkənin neftə olan tələbatı da, təxminən, 20 faiz azalıb.

Məlumata görə, neft qiymətləri son 24 saata görə 1 dollar ucuzlaşıb.

Belə ki,  şimal dənizinin nefti 54, Qərbi Texas Intermediate WTI nefti isə 50 dollara qədər ucuzlaşıb.

Qeyd edək ki, kononavirus bir çox sərmayə sahibini və alış-verişçini narahat edib. Hazırda bütün diqqət Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC Plus görüşünə yönəlib. Əslində OPEC və OPEC Plusun mart ayında görüşü təxmin edilirdi. Amma koronavirusunun yayılması və neft qiymətində dəyişiklik səbəbindən bu təşkilatların müzakirələri təxirə salındı. OPEC-in texnik komitəsinin isə iclası çərşənbə axşamı və çərşənbə günü  Vyanada keçiriləcək.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close