İran

Astara sərhədi vasitəsilə ölkəyə giriş şərtləri açıqlanıb

Azərbaycan vətəndaşları mənfi PCR testi ilə Astara mərzindən İrana daxil ola bilərlər. Bu barədə İranın Gilan Tibb Elmləri Universitetinin müalicə işləri üzrə müavini Abtin Heydərzadə açıqlama verib. Məlumata görə, həmin şəxslərin Astara mərzindən ölkəyə girişi üçün əsas şərt son 48 saat üçün mənfi PCR-nin olmasıdır. Bildirilib ki, bölgəyə bütün giriş-çıxışlar yoxlanılır, xüsusilə Azərbaycandan daxil olan vətəndaşlar kontroldan keçməklə mütləq şəkildə müayinə olunurlar.
Abtin Heydərzadə bildirib ki, Gilan vilayətində son 24 saatda koronavirusa 108 yeni yoluxma halı qeydə alınıb. Hazırda Gilan vilayətinin bütün mərizxanalarında 550 koronavirus mərizi müalicə alır.
Universitet rəsmisinin sözlərinə görə, Astara və Talış bölgələrində ictimai fasiləyə riayət edilməməsi, bir çox şənlik və toplu mərasimlərin keçirilməsi səbəbindən təhlükəli infeksiyaya yoluxma halları artıb.

Related Articles

Bir cavab yazın

Back to top button