İranMədəniyyət

Dəvəuçan bulağı milli-mədəni irs kimi qeydə alındı – Əlizadə

Qoşaçay şəhərində Dəvəuçan bulağı milli-mədəni irs kimi qeydə alınıb.

Aznews.tv İRNA-ya istinadən xəbər verir ki, bu sözləri Qoşaçay şəhər Mədəni İrs, Əl İşləri və Turizm İdarəsinin rəisi Fatimə Əlizadə deyib.

“Bulaq Qoşaçaydan 78  km, Barı kəndindən 65 km fasilədə, Heydər Bağı kəndinin yaxınlığında yerləşir. Bulağın suyundan dəri xəstəlikləri və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə olunur. Suyun müalicəvi olması bir yana, ətrafda əncir, gilas, yemişan və başqa meşə meyvə ağacları var. Bulaqla birlikdə gözoxşayan mənzərə yaradıb. Dəvəuçan bulağının suyu 10 metrlikdən axaraq çaya tökülür. Minlərlə il  ərzində suda olan mineral maddələr daşlaşaraq gözəl mənzərə yaradıb. 2.5 milyon il ömrü olan turistlərin üz tutduğu bənzərsiz mənzərə daha da yaxşı tanınacaq”, – Əlizadə bildirib.

Əlizadə Qoşaçayda Cəbigli mağarasının da qeydiyyatdan  keçməsi üçün sənədlərinin hazırlanması barədə məlumat verib.

“Bu mağara Barı kəndində yerləşir. Mağara zəlzələ nəticəsində xəsarət alsa da, çox gözəl bir mənzərəsi var. İçərisində stalaqmitlər və kiçik su gölləri olan mağaranın Turizm məkanı kimi təbliğ edilmə potensialı yüksəkdir”.

Qeyd edək ki, Qoşaçay Urmu gölünün cənubunda, Qərbi Azərbaycan vilayəti (ostanı) inzibati ərazisində yerləşir. Şəhərin tarixi miladdan min il əvvələ qayıdır və bir çox tarixi tapıntılar bunu təsdiq edir. Bu tarixi məkanda Urmu gölünün əsas su mənbəyi olan, həmçinin, Çingiz xanın iki oğlunun adına adlanan Cığatı və Tatao çaylarının arasında yerləşir. Məhz buna görə “Qoşaçay” və ya “İkisu” adlandırılıb. Sonra həmin yerləri Nasirəddin şah Dostəlixan oğlu Moirolməmalikə hədiyyə verdiyi üçün adı dəyişdirilərək Mərhəmət Abad qoyulub. Pəhləvi dövründə Azərbaycan toponimlərinin dəyişdirilməsi siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək Miandab olub.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button