Site icon Aznews TV

Dəlixanaya salınan etirazçı təbrizli xanımın həyatı təhlükədədir

Bu barədə onun yaxınları məlumat yayıb.

Şərqi Azərbaycanın “Mədəni” Universitetini yüksək qiymətlə bitirən Röya Zakiri bundan əvvəl 2022-ci ildə də etiraz aksiyalarına qatışldığına görə həbs edilib.

O, qanunsuz həbsinə etiraz əlaməti olaraq 5 günlük aclıq aksiyası keçirdikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Röya Zakirinin hazırda Təbrizin “Razi” ruhi xəstəxanasında saxlanıldığı, ailəsinə məsələnin ictimailəşdirdikləri üçün təzyiq göstərildiyi bildirilir.

Qeyd edək ki, məmurlar Röya Zakiri oktyabrın 15-də hökumət məmurları tərəfindən döyülməsinə etiraz olaraq “Xaməneiyə ölüm”, “Diktatora ölüm!” şüarları səsləndirib.

Onun yaxınları ictimai yerdə Xaməneiyə qarşı şüarlar səsləndirdiyi üçün hökumətin Röyanın həyatına qəsd edəcəyindən nigərandırlar.

Exit mobile version