Site icon Aznews TV

Daha bir fəalımız ictimai fəaliyyətinə görə çətin vəziyyətə düşüb

Təzyiqlərə səbəb fəalın İnstagram səhifəsində Urmiya gölünün quruması fəlakəti ilə bağlı canlı yayım aparması olub. O, soydaşlarımızın diqqətini sözügedən problemə cəlb etmək üçün bu addımı atıb.

Quluzadə “hamı tərəfindən əməli addımların atılması vacibdir” sözlərini işlətməsinə görə təhlükəsizlik qüvvələri tərəfindən polis idarəsinə çağırılaraq hədələnib.

Səhiyyə Nazirliyi tərəfindən ona və ailəsinə ayırılan müavinət də kəsilib. Bu səbəbdən iki azyaşlı övladı olan ailə çətin duruma düşüb .

Daha öncə tanınmış idmançı Mustafa Quluzadə ictimai yardım kampaniyası çərçivəsində Gülüstan və Xoy rayonlarında təbii fəlakətlərdən zərər çəkmiş həmvətənlərinə kömək məqsədilə medallarını bağışlamışdı. 

Exit mobile version