İdmanİran

Daha İran bayrağı ilə yarışmayacağam – Firuzca

Daha beynəlxalq yarışlarda İran bayrağı ilə yarışmayacağam.

Bu sözləri Dünyanın şahmat dahisi, ən yaxşı 16 yaşlı şahmat oyunçusu Əlirza Firuzca deyib.

Bir müddətdir Fransada yaşayan İranın şahmat tarixindəki tək böyük super ustadı Əlirza Firuzca hələlik FİDE bayrağı ilə dünya çempionatı müsabiqələrində yarışmaq üçün İran bayrağından çıxıb. O, bundan sonra FİDE bayrağı altında fəaliyyət göstərmək istədiyini açıqlayıb.

Blitz və Rapid dünya qəhrəmanlıq yarışları yaxın günlərdə Rusiyada keçiriləcək və İranın kişilərdən ibarət komandası yarışlara göndərilməyəcək, amma Firuzca bu yarışmaya qatılacaq.

Yarışların saytında Firuzcanın profaylında İran bayrağı yoxdur və onun adının qarşısında FİDE-nin adı yer alır.

Bayraq dəyişikliyinin yarışlar üçün olub-olmadığı və Firuzcanın gələcəkdə yenidən İran və ya başqa bir ölkənin, eləcə də Fransa bayrağı ilə yarışacağı hələlik bəlli deyil.

“Firuzca hər bir şəkildə bu müsabiqədə yarışmaqla bağlı qərar qəbul edib. Biz onunla danışdıq. Amma o, öz qərarında israrlıdır və vətəndaşlığını dəyişmək istədiyini bizə bildirib”, – İran Şahmat Federasiyasının rəisi də bu barədə deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close