Site icon Aznews TV

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə vida mərasimi keçirilir

Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərinmeyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.(report)

Exit mobile version