Azərbaycan

Xalxalda dərman və aptek çatışmazlığı: Şəhər fərmandarı durumdan narazılığını bildirib

Özəlliklə son vaxtlar dərman preparatlarına ehtiyacın çoxaldığı bir dövrdə Xalxal əhalisinin dərman və əczaxana çatışmazlığından əziyyət çəkdikləri şəhər fərmandarını bu barədə danışmağa vadar edib

Xalxal şəhərinin fərmandarı Seyid Cavad Yəhyazadə mediaya verdiyi müsahibədə koronovirusun yeni ştammı Omikronun geniş yayıldığı bir dönəmdə şəhərdə olan əczaxanaların əhalinin ehtiyaclarına uyğun olmadığını deyib.

O, bildirib ki, on minlərlə əhalisi olan şəhərdə 24 saat fəaliyyət göstərə yeganə əczaxana xalxallıların dərman tələbatını ödəməyə qadir deyil və bunun nəticəsində əczaxaba qarşısında uzun növbələrin yaranması narazılıqlara səbəb olur.

“Onsuzda az sayda olan şəhər əczaxanalarının biri 15 gün bundan öncə bağlanıb və başqa bir əczaxana isə yeni dərman preparatlarının qəbulundan imtina etdiyi üçün bu sahədə Xalxalda böhran yaranıb.

Şəhərin yeganə dövlət xəstəxanasında isə 24 saatlıq əczaxana bölməsinin işə salınmamasına xəstələrin daha çox problemlərlə üzləşməsinə səbəb olub”-deyə, fərmandar durumdan narazılığını bildirib.

Yəhyazadə şəhərdə xüsusilə serum çatışmazlığının yaşandığını deyərək, əlaqədar idarə və məsulların bunun həlli üçün ciddi tədbirlər görməməsindən gileylənib.

Related Articles

Bir cavab yazın

Back to top button