İran

Məcid Bəhrami: “Ölkə şagirdlərinin 21 faizi artıq çəkidən əziyyət çəkir”

“Oturaq həyat tərzi Şərqi Azərbaycan şagirdlərinin sağlamlığına ziyan vurur. Koronavirusun yayılması ilə bu yaşam tərzi əvvəlkinə nisbətən artıb”. Bunu Şərqi Azərbaycan Əyalətinin Baş Təhsil İdarəsinin Bədən Tərbiyəsi işləri üzrə müavini Məcid Bəhrami deyib. O, bildirib ki, ölkə şagirdlərinin yüzdə 21-i artıq çəkidən əziyyət çəkir. “Şərqi Azərbaycanda artıq çəkidən əziyyət çəkən şagirdlərin nisbəti ölkə ortalamasından yüksəkdir. Belə ki, əyalət üzrə bu rəqəm yüzdə 22-dən çoxdur. Təhsil vəzirliyi şagirdlər arasında bu kimi durumların qarşısını almaq üçün çoxlu bərnamələr icra edir. Mədərəsə daxilində olimpiada və yarışların keçirilməsi, şagirdlərin çəkilərinə nəzarət tərhinin icrasını vurğulamaq olar. Bütün şagirdlər BMI sınağından keçirilir, çəkilərinə nəzarət olunur. Şagirdlər üçün 3 növ yemək rejimi təyin edilib. Bu ilin isfənd ayında bütün şagirdlərin çəkisinə yenidən nəzər yetiriləcək. Hədəf əyalətdə artıq çəkidən əziyyət çəkən şagirdlərin sayını yüzdə 22-dən yüzdə 19-a endirməkdir. Bu durum daha çox ibtidai və orta təhsil şagirdləri arasında görünüb. Bölgənin iqlimi soyuq olduğuna görə, şagirdlərin idman fəaliyyətləri qapalı salonlarda təşkil ediləcək”,-deyə Məcid Bəhrami bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button