DünyaİranSiyasət

Diplomatlar: Tehranın Turquzabad anbarında uran izləri tapılıb

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Reuters xəbər agentliyi 8 sentyab diplomatlara istinadən MAQATE tərəfindən İsrailin iddia etdiyi nüvə anbarından nümunələrdə uran izlərini aşkarladığını bildirib.

Uran adətən nüvə stansiyaları üçün aşağı konsentrasiyalarda nüvə yanacağı istehsal etmək üçün istifadə olunur, lakin yüksək konsentrasiyalarda nüvə silahı istehsal etmək üçün istifadə olunur.

Agentliyin yoxlamalarını yaxından izləyən iki diplomat bu izlərin tapıldığını bildiriblər. “Reuters”ə açıqlamalarında onlar MAQATE-nin İrandan uranın mənşəyini izah etməsini istədiklərini bildirib, Lakin hələlik Tehran bu haqda açıqlama verməyib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu, keçən ilin oktyabrında BMT Baş Assambleyasının 73-cü iclasında, Google xəritəsi və Turquzabadda (Tehranın cənubundakı Fatimiyə şəhərciyi) bir binada şəklini göstərərək bildirib ki, ölkəsi bir neçə ay əvvəl burada “İranın gizli nüvə anbarı” barədə MAQATE-yəməlumat verib, lakin Agentlik bununla bağlı addım atmamış və müfəttişlərini oraya göndərməyib.

O sözügeən anbarın xalça xalçayuma obyektinin yaxınlığında yerləşdiyini söyləyib.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button