
Urmuda azərbaycanlı mədəni fəallar tərəfindən şablon qrafitlər vasitəsilə etiraz şüarları yerləşdirilib. Onlar bu üsulla azərbaycanlı məhbus Abbas Lisaninin azadlığa buraxılmasını tələb ediblər. Şəhərin divarlarına “Mən də Abbas Lisaniyəm. Abbas Lisanini azad edin. Urmu” kimi şüarlar yazılıb. Bildirək ki, ötən günlərdə də mədəni fəallar tərəfindən Urmu xiyavanında parça üzərinə yazılmış şüarlar yerləşdirilib. Fəallar Azərbaycanın siyasi məhbuslarının sağlamlığının onlar üçün qırımızı xətt olduğunu vurğulayıblar. Bir neçə gündür plakart, poster yapışdırma və traketlər paylamaq yolu ilə İran zindanlarında saxlanılan azərbaycanlı məhbusların azadlığı tələb edilir. Yazılarda mədəni, siyasi fəallar barəsində məhkəmə və təhlükəsizlik məqamlarının diqqətsizliyi qınanılır. Vurğulayaq ki, sağlamlıq mütəxəssisləri zindanlarda koronavirusun kəskin yayılması ilə bağlı xəbərdarlıq ediblər. Buna baxmayaraq, Abbas Lisani, doktor Lətif Həsəni, Əliriza Fərşi, Əli Vasiqi, Riza Vasiqi və Yusif Kari kimi azərbaycanlı siyasi məhbuslara mürəxəssi icazəsi verilmir.