Site icon Aznews TV

Doğu Azərbaycanda koronaya yoluxanların sayının artması ilə bağlı bildiriş edildi

Təbriz Tibb Elmləri danişgahının rəisi əyalətdə koronavirusa yoluxma, ölüm və mərizxanaya yerləşdirilənlərin sayının artması ilə bağlı uyarıb.

Doktor Sumi bununla bağlı deyib: “Təəssüf ki, bu günlərdə əyalətdə koronavirusun tüğyan etməsini görürük”.

O artırıb: “Doğu Azərbaycan koronavirusa yoluxma alanında son əyalətlərdən biridir. Ancaq bəzi əyalətlərdə yoluxma azalarkən, Doğu Azərbaycan əyalətində artmaqdadır”.

Doktor Suminin sözlərinə görə, təəssüf ki, əyalətdə hər gün 12-13 nəfər koronadan ölür və hər gün 1100 nəfər də virusa yoluxur.

“Koronavirusdan əyalət mərizxanalarına yerləşdirilənlərin sayı da 1500 nəfərdən çoxdur və sağlıq qaydalarına əməl edilməzsə, yoluxma və ölüm nisbəti daha da artacaq”,-deyə Tibb Elmləri danişgahının rəisi habelə bildirib.

Exit mobile version