İran

Doğu Azərbaycanda Xordad ayında havanın istiliyi rekord həddinə çatıb

Doğu Azərbaycanın Hava-durumu Təşkilatının baş müdiri “Əli Dövləti Mehr”, Əyalətin şəhərlərinin çoxunda havanın istiliyinin Xordad ayında taysız artdığını . “Təbrizin havasının ortalama istiliyinin Xordad ayında 38.3 santiqrad dərəcə artması ötən 70 ildə ilk dəfədir deyə o bildirib. Bundan öncə hava istiliyinin ən yüksək ortalama miqdarı 36.6 santiqrad olmaqla 1393-cü ildə səbt olub. ”
“Əli Dövləti Mehr” habelə açıqlayıb: “Xordad ayında Marağada ortalama hava istiliyi 39, Ocanda 34.6, Binabda 38, Kəleybərdə 35.1, Mərənddə 35.6, Məlikkəndidə 40, Səriskənddə 37.5, Səhənddə 35.4 və Əcəbşerdə 38.2 selsius olub və hava istiliyini ölçmə istqahlarının təsisindən bu yana rekord qırıb. Ən az hava istiliyi isə ötən 70 ildə ortalama 6 dərəcədən çox artıb.”

Related Articles

Bir cavab yazın

Back to top button