azİqtisadiyyatİran

Dünya Bankının biznes mühiti ilə bağlı hesabatı; Yeni Zelandiya birinci sırada, İran 127-ci yerdə

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, Dünya Bankı biznes fəaliyyətinin rahat həyata keçirilməsinə dair hesabatında dünyanın 190 ölkəsini müqayisə edib.

Dünya Bankının bu ilki reytinqində Yeni Zelandiya biznes fəaliyyətinin rahatlığı baxımından 8,86 balla (100-dən) dünyada ən yaxşı ölkə olaraq tanınıb; təxminən beş milyon əhalisi olan Yeni Zelandiyanın əhalisi və iqtisadiyyatı əsasən kənd təsərrüfatı və heyvandarlıq məhsullarının ixracatı üzərində qurulub.

Sonrakı yerlərdə Sinqapur, Hong Kong, Çin, Danimarka və Cənubi Koreya gəlir.

İran ötən ilə nisbətən bir pillə irəliləyərək 5.58 balla 127-ci, Əfqanıstan isə 173-cü yerdə qərarlaşıb.

190 ölkənin daxil olduğu siyahıda heç bir Latın Amerikası ölkəsi ilk 50-likdə yer almır və Somali iyirmi balla siyahının sonunda yerləşib.

Hesabat 2019-cu ilin aprel ayının sonunadək 12 aylıq bir dövrü əhatə edir və ölkələrin iqtisadiyyatı 12 meyar əsasında qiymətləndirilib; biznesə başlamaq, tikinti icazəsi almaq, əmlakın qeydiyyatı, kredit almaq (banklardan və maliyyə qurumlarından), kiçik sahibkarlara dəstək, vergi, xarici ticarət, işçilərin işə qəbulu, dövlətlə podratçı müqaviləsi, iflas və müqavilələrin icrası.

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close