Azərbaycan

Evin zindanında saxlanılan milli fəalın məzuniyyət hüququndan istifadəsinə icazə verilmir

Əkbər Nəiminin həbs müddətinin bir ili arxada qaldı.

İyulun 19-da Tehranın Evin zindanının 3-cü bölməsinin 4-cü bəndəndə saxlanılan milli-mədəni fəal Əkbər Nəiminin məhkumluq dövrünün bir ili başa çatdı.

Onun həbsinin ikinci ili ötən bir il ərzində qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan istifadə edə bilmədiyi bir vəziyyətdə başladı.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Əkbər Nəimi bütün basıqlara və hüquqlarının pozulmasına baxmayaraq yaxşı əhval-ruhiyyədədir.

Onların dediyinə görə, Nəimi həbs edilmədən qısa müddət öncə tvitter hesabında “arxayınıq, Azərbaycan xalqı bir gün xoşbəxtliyi dadacaq”-deyə, yazdığı kimi zindanda da ümidli və nikbindir.

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi yanvarın 22-i 2021-ci ildə çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmış, sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan Dərnəyi”nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button