Site icon Aznews TV

Dünyada koronavirusa qarşı vaksinasiya prosesi

Koronavirusa qarşı vaksinasiyon 2021-ci ildə dünyanı düşündürən əsas məsələyə çevrilə bilər. Hazırda bir sıra ölkələrdə vaksinasiyona başlanılıb. Avropa, Amerika kimi zəngin ölkələr vaksinasiyonu sürətli bir şəkildə tamamlaya bilərlər. Ancaq gəliri aşağı olan ölkələr vaksin üçün 2023-cü ilədək gözləməli olacaq. Hazırda dünya ölkələri əsasən, Pfayzer, Biontek və Moderna şirkətlərinin vaksinlərini əldə edir. Dyuk danişqahının məlumatına görə, indiyə kimi 7.7 milyard doz vaksin alınıb. Sifarişlərin artacağını nəzərə alaraq, daha 3.9 milyard doz vaksin hazırlanacaq. Amerika dünyaya ərz olunacaq vaksinin təqribən 2.6 milyard dozunu zəxirə edib. Ancaq heç bir Afrika ölkəsi vaksin aldığını elan etməyib. Buna baxmayaraq. Conson Davadüzəltmə Şirkəti gələn il güney Afrikada 300 milyon doz vaksin hazırlamağı düşünür.

Exit mobile version