
Aznews.tv IRIBnews-ə istinadən xəbər verir ki, İranın Kənd Təsərrüfatı nazirinin müşaviri İskəndər zənd 4-cü İqlim Dəyişikliyi və Kənd Təsərrüfatına və ətraf mühitə təsiri mövzusunda çıxış edərkən bildirib ki, canlıların müxtəlifliyi qənaətbəxş vəziyyətdə deyil və bu il dərc edilən hesabata görə, Yer üzündə 8 milyon heyvan və bitki növündən bir milyonu məhv olmaq üzrədir. Dünyada oxşar hadisələr Buz dövründə baş verib, lakin bu günkü hadisə insan müdaxiləsi ilə baş verir.
Canlı növlərin nəslinin kəsilməsi və canlıların müxtəlifliyinin azalması 37 faiz hallarda resurslardan normadan artıq istifadə ilə əlaqədardır.
Yer üzünün biokütlə axınlarında bəzi kimyəvi elementlər, o cümlədən azot standard normasını keçib. İki göstərici standard normanı keçib, biri iqlim dəyişikliyi, digəri isə canlıların müxtəlifliyidir və bu ikisi Yer üzünün böhranlarındandır.
Qeyd edilir ki, artıq 30 ildir ki, dünya ölkələri flora və faunanın müxtəlifliyi haqqında Konvensiya qəbul edib.
Konvensiyanın qəbul edilməsi canlı orqanizmlərin müxtəlifliyini qorumaqla yanaşı, genetik eroziyasının və növlərin nəslinin kəsilməsini də qarşısını alır.
Xatırladaq ki, qlobal ekoloji göstəricilərdə İran 2013-2014-cü illərdə 66.32 xalla 180 ölkə arasında 105-ci yerdə, 2016-cı ildə isə 51.08 xalla 83-cü yerdə qərarlaşıb.
Aznews.tv