Kanada 8 yanvar 2020-ci il tarixində Tehranda havaya qalxarkən vurulan Ukraynın “Boeing 737-800” təyyarəsi ilə bağlı müstəqil rapor hazırlayıb. Sənəd hadisəni araşdırmaq üçün İranın səlahiyyətini şübhə altına alıb. Məsələ ilə bağlı Frans Press Agentliyi məlumat yayıb. 79 səhifəlik müstəqil araşdırmanın müəllifi Kanadanın keçmiş vəziri Ralf Qudeldir. Bu araşdırma bir sıra halları, o cümlədən hadisənin baş verdiyi gecə İranın hava alanının açıq qalmasının səbəblərinə diqqət çəkib. Dəhşətli hadisənin bir çox vacib ayrıntılarının hələ də qaranlıq olaraq qaldığı vurğulanıb. Üç gün davam edən inkardan sonra İran nəhayət təyyarənin yanlışlıqla Sipahın pədafənd sistemi ilə vurulduğunu açıqlayıb.
Raporda bildirilib ki, İran hadisənin əmniyyət, cinayət və s. tərəfləri ilə bağlı öz araşdırmasının müstəqilliyini, həqiqiliyini və şəffaflığını sübut etməlidir.
Raporda bildirilib ki, İran hadisənin əmniyyət, cinayət və s. tərəfləri ilə bağlı öz araşdırmasının müstəqilliyini, həqiqiliyini və şəffaflığını sübut etməlidir.