İran

İran cəmiyyətində gənclərin yeri və rolu

Bütün ölkələrdə gənc nufusun cəmiyyətdə rolu əhəmiyyətlidir. Özəlliklə İranın timsalında gəlişməkdə olan bir sıra ölkələrdə əhali faktoru önəmli mövqeyə sahibdir. Bu səbəbdən də əhali arasında gənclərin üstünlük təşkil etməsi bütün hallarda keçərlidir. Hətta bəzi dövlətlər xarici ölkələrdən gənc mühacirləri qəbul etməklə onların vətəndaşlıq almasına imkan yaradır. İranda isə bu siyasət başqa yöndən irəli sürülür. Bu ölkədə gənclərə münasibət daha sərt və qatıdır.
Xatırladaq ki, İraq Savaşı dönəmində İranda gənc nüfusa ehtiyac yüksək həddə çatıb. Hətta bunun üçün gənc ailələrdə çoxuşaqlılığa daha çox önəm verilirdi. Savaşdan sonra isə demoqrafik göstəricilərdə kəskin fərqlər görünür. İqtisadi çətinliklər, yaşayış haqqının azalması, təhsil problemləri və s. əhali arasında xarici ölkələrə üz tutanların sayında əsaslı artım olduğunu göstərir. Bu durumda isə Tehran hakimiyyətinin irəli sürdüyü siyasətin yönü dəyişir. İran artıq gənclərin sayının artmasına deyil, əksinə, azalmasına çalışır. Belə ki, Məhəmməd Xatəminin prezidentliyi dönəmində “Az uşaq, rahat həyat” staratejisinin təbliğatına başlanılır. İranda evlilik yaş həddi artırılır. Sözsüz ki, bu proses əhali arasında yaşlı təbəqənin sayının artmasına imkan verdi. Ölkədə evlənmək, ailə dəyərləri və başqa anlayışlar barədə fərqli yanaşmalar oldu. İctimai-siyasi və iqtisadi məsələlər ölkədə işsizlik və yoxsulluq səviyyəsinin artmasına səbəb oldu. Toplum arasında evlilik və uşaq sahibi olmaq kimi dəyərlər dəyişdikcə, gənclər 30-35 yaş aralığında ailə qurmağa üstülük verir.
Əli Xameneinin mövcud məsələyə münasibəti isə bəlli məqamlarda ziddiyyət yaradır. O, bir tərəfdən gənc nəslin sayının çoxalmasına üstünlük verilməsini istəyirdisə, başqa bir tərəfdənsə, demoqrafik böhranın yarana biləcəyindən narahatlığını ifadə edir.
Əli Xamenei 15 bəhməndə “Analar Günü” münasibətilə məddahlarla videokonfərans keçirir. Toplantıda məsələnin həlli yönündə fikir mübadiləsi aparılır. Eləcə də üçuşaqlı ailələrə dəstək məsələləri müzakirə edilir. Bildirək ki, Əli Xamenei ölkədə nikah səviyyəsini İslami kültürün yetərincə yayqınlaşmaması ilə dəyərləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button